IMG-LOGO

Ərdoğan seçkilərdən sonra ilk dəfə danışdı: "Millətimizin qərarına hörmətsizlik etməyəcəyik"

01.04.2024 02:20 49 baxış
IMG

Millətin sandıq başında verdiyi mesajları ən doğru və obyektiv şəkildə ağıl və vicdan tərəzisində ölçüb-biçərək lazımi addımları mütləq atacağıq.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra xalqa müraciətində deyib.

Ölkə başçısı bildirib ki, millətin və ölkənin vaxtını itirəcək müzakirələrə zamanı yoxdur.

“Millətimizin qərarına hörmətsizlik etməyəcəyik, millətlə inadkarlıq etməkdən, milli iradəyə zidd hərəkət etməkdən, millətin təqdirini şübhə altına almaqdan uzaq olacağıq”.

Xəbər lenti