IMG-LOGO

İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbərini zərərsizləşdirib

15 May 2026 22:46 3 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (İMQ) Fələstinin HƏMAS hərəkatının hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadı məhv etmək məqsədilə Qəzzə şəhərinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Onun sözlərinə görə, Əl-Həddad 2023-cü il oktyabrın 7-də Fələstin radikallarının İsrailə hücumunun təşkilatçılarından biri olub. Bundan əlavə, o, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə HƏMAS-ın tərksilah edilməsi və Qəzzə zolağının hərbisizləşdirilməsi barədə əldə olunmuş razılaşmanı icra etməkdən imtina edirdi.

"Bu, həyatımıza qəsd edən hər kəsə aydın bir mesajdır: gec-tez İsrail sizi tapacaq", - Kats xəbərdarlıq edib.

Xəbər lenti