IMG-LOGO

Xarici diplomatlar Kiyevdə Rusiyanın zərbə endirdiyi və 24 nəfərin öldüyü yerə baş çəkiblər

15 May 2026 18:37 4 baxış
IMG

Rusiyanın mayın 14-nə keçən gecə Kiyevə hücumu nəticəsində 3-ü uşaq olmaqla 24 nəfər ölüb, 48 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

Qeyd olunub ki, XİN-in dəstəyi ilə Ukraynada akkreditə olunmuş digər ölkələrin və beynəlxalq təşkilatların 60-dan çox diplomatik missiya rəhbəri üçün Rusiya raketinin Ukrayna paytaxtının Darnitski rayonundakı doqquzmərtəbəli yaşayış binasına zərbə endirdiyi yerə səfər təşkil olunub. İştirakçılar ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin rəisi Andrey Danik "X-101" raketi ilə yaşayış binasına endirilən Rusiya zərbəsinin nəticələri barədə diplomatlar üçün brifinq keçirib.

Xarici diplomatlara, həmçinin 28 saatdan çox davam edən axtarış-xilasetmə əməliyyatının necə həyata keçirildiyi nümayiş etdirilib.

Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynis xarici diplomatlar qarşısında çıxış edərək vurğulayıb ki, bu hücum Rusiyanın dinc əhaliyə qarşı növbəti məqsədyönlü zərbəsi olub və Moskvanın bu qanlı müharibəni dayandırmaq istəmədiyini göstərib.

Xəbər lenti