IMG-LOGO

Qobustanda magistral yolda çökmə olub, sürücülər alternativ yoldan istifadə edir

15 May 2026 17:17 2 baxış
IMG

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Qobustan qəsəbəsindən keçən hissəsində çökmə baş verib.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb.

Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək hərəkət məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

Bildirilib ki, əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərərin məbləği müəyyənləşdirilir. Hazırlanacaq təkliflər aidiyyəti qurumlara təqdim ediləcək və qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.

Xəbər lenti