IMG-LOGO

Azərbaycanın sənaye zonalarında istehsalın ümumi dəyəri 12 %-dən çox artıb

15 May 2026 16:39 3 baxış
IMG

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarının rezidentləri 883 milyon manat dəyərində məhsul istehsal edib.

"Report" agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % çoxdur.

Sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi güzəştlərindən yararlanır. Belə ki, onlar əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədi ilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur. Bu da investisiya xərclərinin optimallaşdırılmasına və istehsalın genişləndirilməsinə əlavə imkanlar yaradır.

Xəbər lenti