IMG-LOGO

Naxçıvanda aqrar sektor 1 %-ə yaxın böyüyüb

15 May 2026 14:35 3 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 63,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.

Bildirilib ki, bunun 4,4 milyon manatı bitkiçilik sahəsi üzrə, 59 milyon manatı isə heyvandarlıq sahəsi üzrə olub.

Xəbər lenti