Müasir mətbəxlərdə ənənəvi alt şkaflar getdikcə daha çox çəkməcə sistemləri ilə əvəz olunur. Mütəxəssislərin fikrincə, bu saxlama üsulu mətbəxdə həm rahatlığı artırır, həm də məkanı daha səmərəli istifadə etməyə imkan verir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, son illərdə sürüşərək tam açılan geniş çəkməcələr xüsusilə populyarlaşıb. Bu sistem sayəsində şkafın dərinliyindəki əşyalara çatmaq üçün əyilməyə və ya hər şeyi qarışdırmağa ehtiyac qalmır.
Ekspertlər bildirirlər ki, belə çəkməcələr gündəlik istifadəni xeyli rahatlaşdırır və xüsusilə yaşlı insanlar üçün daha əlverişli hesab olunur. Çünki qab-qacaq və mətbəx ləvazimatlarına daha asan çıxış imkanı yaradır, bel və dizlərə düşən yükü azaldır. Kiçik mətbəxlər üçün də bu texnologiya faydalı sayılır. Şaquli arakəsmələrin olmaması sayəsində daxili sahədən maksimum istifadə etmək mümkündür. Bu isə daha çox qab-qacaq və aksesuar yerləşdirməyə imkan verir. Çəkməcələri müxtəlif bölmələrə ayırmaq da rahatdır. Beləliklə, bütün əşyalar öz yerində olur və bir-birinə qarışmır.
Bu sistem gündəlik yemək hazırlığını da asanlaşdırır. Bununla yanaşı, mütəxəssislər bəzi vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər. İlk növbədə, çəkməcə sistemləri adi şkaflardan daha bahalıdır və onların keyfiyyətli şəkildə quraşdırılması vacibdir. Xüsusilə relslərin keyfiyyəti və daşıma qabiliyyəti böyük əhəmiyyət daşıyır. Həmçinin qeyd olunur ki, bütün məişət texnikasını belə sistemlərdə yerləşdirmək mümkün olmur. Buna görə dizaynerlər mətbəxdə bir neçə klassik şkafın saxlanmasını da məsləhət görürlər.
Ekspertlər hesab edirlər ki, funksional və minimalist mətbəx dizaynlarına marağın artması yaxın illərdə çekmecə sistemlərini daha da populyar edəcək.
Ev mətbəx dolabları müasir mətbəx mətbəx dizaynı