Qarabağda aparılmış yenidənqurma işləri dərin və hərtərəfli olması ilə seçilir.
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç "Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransın açılışında bildirib.
"Təxminən iki həftə əvvəl Qarabağa səfər etdim. Hər şeyin dərindən düşünülməsi və bərpa işlərinin yüksək keyfiyyəti həqiqətən çox güclü təəssürat yaradır", - o qeyd edib.