IMG-LOGO

BMT: Azərbaycan WUF13-də dialoq üçün məkan yaratmaqla dünyaya nümunə olur

15 May 2026 11:44 3 baxış
IMG

Davam edən münaqişələr və qlobal qeyri-sabitlik fonunda Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edərək şəhərlərin gələcəyi məsələləri üzrə beynəlxalq dialoq meydançasına çevrilir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Bakıda keçirilən "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, forumun Bakıda keçirilməsi hazırkı beynəlxalq şəraitdə xüsusi əhəmiyyət kəsb edir. O həmçinin vurğulayıb ki, mayın 17-si başlayacaq WUF13-də artıq 32 min nəfər qeydiyyatdan keçib.

BMT nümayəndəsi əlavə edib ki, WUF13 təkcə irimiqyaslı beynəlxalq tədbir deyil, həm də qlobal dialoq üçün mühüm platformadır.

"Dünyada bir çox münaqişələrin olduğu bir vaxtda Azərbaycan mənzil əlçatanlığı və şəhərsalma kimi əsas mövzuları müzakirə etmək üçün məkan təqdim edir. Bu, bütün dünya üçün çox yaxşı nümunədir", - o deyib.

Xəbər lenti