Rusiya Prezidenti Vladimir Putin mayın 20-də Pekinə birgünlük səfər edəcək.
"Report"un məlumatına görə, bu barədə "South China Morning Post" (SCMP) nəşri mənbəyə istinadən yazıb.
Qeyd olunur ki, səfər Moskvanın Pekinlə rutin əlaqələrinin bir hissəsidir, buna görə də təntənəli parad və ya təmtəraqlı qarşılanma gözlənilmir.
Digər təfərrüatlar açıqlanmır.