Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.
"Report" xəbər verir ki, bu ölkəyə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda tədarük olunacaq.
Qatar bir qədər sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.