Çin hesab edir ki, İran ətrafındakı münaqişə mümkün qədər tez həll olunmalıdır.
"Report"un məlumatına görə, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Pekin gərginliyin davam etməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayıb.
Qeyd olunub ki, vəziyyətin tez bir zamanda həlli ABŞ, İran, regional dövlətlər və bütün beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.
Nazirlik əlavə edib ki, bu münaqişə əvvəlcə yaranmamalı idi.