IMG-LOGO

Rubio: ABŞ Çinin Cimmi Lay işinə müsbət cavab verməsini gözləyir

15 May 2026 07:06 3 baxış
IMG

ABŞ ümid edir ki, Çin həbsdə olan media maqnatı Cimmi Lay və digərlərinin azadlığa buraxılması ilə bağlı Vaşinqtonun çağırışlarına müsbət cavab verəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Amerika tərəfi Cimmi Lay və digər məhbusların taleyi məsələsini Pekin qarşısında qaldırıb və Çin hakimiyyətindən konstruktiv cavab gözlədiyini bildirib.

Qeyd etmək lazımdır ki, Honkonqun tanınmış naşiri və "Apple Daily" qəzetinin təsisçisi Cimmi Lay milli təhlükəsizlik qanunlarını pozmaqda ittiham olunaraq həbsdədir. Onun işi dəfələrlə ABŞ və bir sıra Qərb ölkələrinin tənqidinə səbəb olub.

Xəbər lenti