Azərbaycanın 3 qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında bürünc medal qazana bilər.
"Report" xəbər verir ki, Nuray Cəfərli (46 kq) makedoniyalı Frosina Atanasova (tuş) və macarıstanlı Vivyen Sentpalı (7:3) mübarizədən kənarlaşdırsa da, yarımfinalda polşalı Yuliya Palka 0:3 hesabıyla məğlub olub. Nuray sabah bürünc medal uğrunda güləşəcək.
Fatimə Bayramova (53 kq) türkiyəli Ecrin Salik (tuş) və ukraynalı Kamilla Pihordan (6:3) güclü olub. Ancaq yarımfinalda macarıstanlı Mariya Jitovozla bacarmayıb – 0:10. Fatimə sabah üçüncülük uğrunda görüşə çıxacaq.
Simurə Abdullayeva (69 kq) bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.