IMG-LOGO

Lavrov və Əraqçi Yaxın Şərqdəki münaqişənin nizamlanmasını müzakirə ediblər

14 May 2026 18:20 4 baxış
IMG

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Nyu-Delhidə Yaxın Şərqdəki münaqişənin nizamlanması üzrə danışıqların gedişini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Rusiya tərəfi atəşkəs rejiminin və kövrək barışığın qorunmasının, həmçinin regionda vəziyyətin uzunmüddətli və davamlı normallaşmasına yol açan hərtərəfli İran-ABŞ razılaşmasının əldə edilməsi məqsədilə siyasi-diplomatik səylərin pozulmasına yol verilməməsinin vacibliyini qeyd edib.

Xəbər lenti