IMG-LOGO

Sabir Zeynalov: "Avropa çempionatına yollanarkən fikrimdə yalnız qızıl medal qazanmaq var idi"

14 May 2026 17:28 3 baxış
IMG

Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun (58 kq) Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında məqsədi qızıl medal qazanmaq olub.

Bunu "Report"a açıqlamasında 20 yaşlı idmançı özü deyib.

O, qitə birinciliyində gümüş medal qazanmasına münasibət bildirib:

"Yarışa ciddi hazırlaşmışdım. Almaniyaya yollanarkən fikrimdə yalnız qızıl medal qazanmaq var idi. Finalda rəqibim Yay Paralimpiya Oyunlarının qalibi oldu və ona uduzdum. Baxmayaraq ki, qarşılaşma boyunca üstün idim, son anlarda rəqib önə keçdi və qələbə qazandı. Qızıl medalı əldən buraxdığım üçün çox məyus oldum. İnşallah, məqsədim dünya çempionu olmaqdır. Növbəti Avropa çempionatında artıq fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm. Mənə dəstək olan, yarışlara hazırlayan məşqçilər heyətinə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, K44 kateqoriyasında çıxış edən Sabir Zeynalov finalda israilli Asaf Yasura məğlub olub. S.Zeynalovdan başqa, digər Azərbaycan təmsilçisi İmaməddin Xəlilov (70 kq) da Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Xəbər lenti