IMG-LOGO

Azərbaycan təmsilçisi bu gün "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edəcək

14 May 2026 17:47 3 baxış
IMG

Azərbaycanı təmsil edən JIVA bu gün "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edəcək.

Bu barədə "Report"a "İctimai" Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxacaq.

"Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya "YouTube" vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.

Posterdə qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycanın dostları və JIVA-nın çıxışını bəyənən bütün Avroviziya izləyiciləri səsvermə zamanı 02 nömrəsinə səs verərək ölkəmizi dəstəkləyə bilərlər", - məlumatda vurğulanıb.

Xəbər lenti