Biləsuvar rayonunda növbəti əmək yarmarkası baş tutub.
"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilib.
Yarmarkada işsiz və işaxtaran şəxslərə 100 vakansiya təqdim olunub.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib.
Uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.