IMG-LOGO

"Azərkosmos" yerli tərəfdaşlara əsaslanmaq istəyir

14 May 2026 16:51 5 baxış
IMG

Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") bir neçə il sonra yerin müşahidəsi, naviqasiya, telekommunikasiya, həmçinin yeni kosmik sektorlar sahəsində öz yerli tərəfdaşlarına əsaslana biləcəyinə ümid edir.

"Report" xəbər verir ki, bunu "Azərkosmos"un İdarə Heyəti sədrinin müavini Fuad Aslanov ilk "Milli Kosmik İnkubasiya" layihəsinin başlanılmasına həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, qurum bu gün böyük ölçüdə dünyanın müxtəlif yerlərindən olan tərəfdaşlara əsaslanır: "Azərkosmos" bu gün böyük ölçüdə proqramların hazırlanmasına və müxtəlif məhsulların, xidmətlərin və həllərin beynəlxalq bazara ixracına diqqət yetirir. Kosmos artıq qapalı bir icma deyil. Bu gün o, bir çox təşəbbüslər, gənc sahibkarlar, startaplar üçün kifayət qədər əlçatandır. Biz bunu bir çox beynəlxalq tərəfdaşlarımızın nümunəsində müşahidə edirik və əminik ki, Azərbaycan sahibkarları böyük uğur qazana bilərlər".

O bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafına kəskin ehtiyac müşahidə edilir: "Azərbaycan 2026-2029-cı illər üçün rəqəmsal iqtisadiyyatın inkişafı strategiyasını qəbul edib. Bu gün "Azərkosmos" bu proqrama təxminən 2 % töhfə verir. Gözləyirik ki, bu töhfə illər keçdikcə, xüsusilə sizin təşəbbüslərinizin dəstəyi ilə artacaq".

Xəbər lenti