IMG-LOGO

Vüsal Nəsirli Zəngilanda vətəndaşları qəbul edəcək

14 May 2026 15:38 2 baxış
IMG

Mayın 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Zəngilan rayonunda vətəndaşları qəbul edəcək.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar 14-16 mayda Agentliyə rəsmi şəkildə [email protected] elektron ünvanı və yaxud poçt vasitəsilə müraciət edərək, həmçinin (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Xəbər lenti