Livan bu gün Vaşinqtonda aparılacaq danışıqlarda İsraillə real atəşkəsə nail olmaq niyyətindədir.
"Report" xəbər veir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İsrailin mayın 14-də Livana endirdiyi zərbələrdən sonra Livan nümayəndə heyəti həqiqətən riayət olunacaq atəşkəs razılaşmasına nail olmağa ümid edir. Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu zərbələr nəticəsində 22 nəfər həlak olub.
Qeyd olunur ki, Livan və İsrail nümayəndələrinin görüşü martın 2-də hərbi əməliyyatların bərpasından sonra birbaşa danışıqların üçüncü raundu olacaq. Bununla yanaşı, agentlik qeyd edir ki, Beyrut "Hizbullah" qruplaşmasının kəskin etirazlarına baxmayaraq, danışıqlarda iştirakını davam etdirir.