ABŞ-nin Oklahoma ştatında barj körpüyə çırpılıb, magistral yol bağlanıb.
Lent.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Oklahoma ştatında böyük bir yük gəmisi Arkanzas çayı üzərindəki körpüyə çırpılıb və bu, böyük magistral yolun müvəqqəti bağlanmasına səbəb olub”, - məlumatda deyilir.
Magistral yolda və ya barjda xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisənin səbəbləri hələlik məlum deyil.