IMG-LOGO

"Lufthansa" iyunun 1-dən İsrailə uçuşları bərpa etməyə hazırlaşır

13 May 2026 17:37 3 baxış
IMG

Almaniyanın "Lufthansa" aviaşirkəti iyunun 1-dən Təl-Əvivdəki Ben-Qurion hava limanına və əks istiqamətə uçuşları tədricən bərpa etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

"Bu qərar hərtərəfli təhlükəsizlik qiymətləndirməsindən sonra qəbul edilib", - "Lufthansa"nın məlumatında deyilir.

Şirkətin bəyanatı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin İsrail və regionun digər hissələrinin hava məkanından istifadə olunmaması ilə bağlı tövsiyəsini yumşaltmasından bir gün sonra səsləndirilib.

Məlumata görə, ilkin olaraq iyunun 1-dən "Austrian Airlines" və "Lufthansa Cargo" Təl-Əvivə və əks istiqamətə reysləri bərpa edəcək.

"SWISS", "ITA Airways" və "Lufthansa" aviaşirkətləri iyulun 1-dən uçuşları bərpa etməyi planlaşdırır, "Eurowings"in isə iyulun ortalarına qədər Təl-Əvivə qayıdacağı gözlənilir.

"Brussels Airlines" aviaşirkəti Təl-Əvivə reysləri oktyabrın 24-dək bərpa etməyəcək.

Xəbər lenti