IMG-LOGO

Boşqabdakı zəhər - Dünyanın ən təhlükəli qidaları

13 May 2026 16:41 4 baxış
IMG
0 0

Xırtıldayan qabığı və cəlbedici dadı səbəbindən həm uşaqların, həm də böyüklərin sevimli yeməklərindən sayılan kartof fri kafe və fastfud restoranlarında geniş şəkildə təqdim olunur, həmçinin ev şəraitində də hazırlanır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu məhsulun müntəzəm istifadəsi sağlamlığa ciddi zərər verə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əsas təhlükə yalnız çox miqdarda bitki yağında deyil. Kartof yüksək temperaturda qızardıldığı zaman akrilamid adlı maddə yaranır.

Alimlər hesab edir ki, bu maddənin orqanizmdə həddindən artıq toplanması sinir sisteminə mənfi təsir göstərə və ciddi xəstəliklərin yaranma riskini artıra bilər.

Kartof fri həmçinin çoxlu yağ, duz və sürətli karbohidrat ehtiva etdiyindən olduqca kalorili qida hesab olunur. Bu cür qidaların tez-tez qəbul edilməsi piylənmə, ürək-damar problemləri, yüksək qan təzyiqi və maddələr mübadiləsinin pozulması ilə nəticələnə bilər.

Həkimlər fastfud restoranlarında istifadə olunan yağların dəfələrlə qızdırılmasının vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Təkrar istifadə olunan yağlarda zərərli birləşmələr əmələ gəlir və bu da məhsulun keyfiyyətini aşağı salır.

Bu səbəbdən ev şəraitində sobada az miqdarda yağla bişirilən kartof daha təhlükəsiz alternativ hesab edilir. Bundan başqa, qril tərəvəzlər və yağın içində tam qızardılmadan hazırlanan ev kartofları da daha faydalı seçimlər arasında göstərilir.

Mütəxəssislər kartofun həddindən artıq qızardılıb tünd qəhvəyi rəng almasının qarşısını almağı tövsiyə edirlər. Çünki ən çox zərərli maddə məhz yanmış və çox qızarmış qabıq hissəsində toplanır. Həmçinin təzə yağdan istifadə etmək və yağı həddindən artıq qızdırmamaq vacib sayılır.

Kartof fri Zərərli qida

Xəbər lenti