IMG-LOGO

Ukrayna Rusiyanın Krasnodar diyarında neft terminalına hücum edib

13 May 2026 16:16 4 baxış
IMG

Ukrayna Silahlı Qüvvələri mayın 12-də və mayın 13-nə keçən gecə Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki "Tamanneftegaz" neft terminalına zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən "Telegram"da məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində obyektdə yanğın baş verib. Zərərin miqyası və Rusiya tərəfinin mümkün itkiləri barədə məlumatlar hələ dəqiqləşdirilir.

Bundan əlavə, Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynanın Donetsk vilayətinin Staromlınovka, Soledar və Kamışevaxa rayonlarında Rusiya qoşunlarının komanda-müşahidə məntəqələrinə zərbələr endirildiyini bildirib.

Xatırladaq ki, "Tamannefteqaz" Qara dəniz sahilində Taman limanı yaxınlığında neft, mazut, dizel yanacağı və mayeləşdirilmiş qazın yenidən yüklənməsi üçün nəzərdə tutulmuş iri terminaldır. Ukrayna tərəfinin məlumatına görə, bu obyekt həmçinin Rusiya qoşunlarının yanacaqla təmin edilməsi üçün istifadə olunur.

Xəbər lenti