IMG-LOGO

OPEC: Martda BTC ilə neft ixracı 13 % artıb

13 May 2026 16:20 4 baxış
IMG

Bu ilin mart ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 588 min barel təşkil edib.

Bu barədə "Report" OPEC-in aylıq məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bu, fevral ayı ilə müqayisədə 13 % və yaxud 70 min barel çoxdur.

Ümumilikdə, bu ilin martında BTC ilə neftin nəqli ötən ilin martının göstəricisinə uyğun olub.

Xəbər lenti