Səudiyyə Ərəbistanının milli neft-qaz şirkəti – "Saudi Aramco" daşınmaz əmlak obyektlərinin satışı hesabına milyardlarla ABŞ dolları vəsait cəlb etmək imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, neft nəhəngi potensial sövdələşmə üzrə artıq ilkin müzakirələr aparıb və ən azı 10 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır.
Söhbət "sale" and "leaseback" formatında mümkün sövdələşmədən gedir. Belə sxem şirkətə daşınmaz əmlak obyektlərindən istifadə imkanını saxlamaqla yanaşı, kapitalı sərbəst buraxmağa imkan verəcək.