IMG-LOGO

Qız sevgilisinin ChatGPT-dəki mesajlarını görüb, onu tərk etdi

13 May 2026 14:45 3 baxış
IMG
7 0

Bir qız sevgilisinin ChatGPT ilə yazışmalarını gördükdən sonra münasibətini bitirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə qızın sevgilisinin noutbukundan istifadə etdiyi zaman baş verib. Onun telefonu söndüyü üçün təcili mesaj göndərmək istəyən qadın brauzerdə açıq qalan ChatGPT səhifəsini görüb. Açıq bölmənin başlığı münasibətlərdə problemlər və tərəddüdlərlə bağlı olduğundan, o, marağına hakim ola bilməyərək yazışmaları oxumağa başlayıb.

Məlum olub ki, kişi münasibətləri barədə şübhələrini və şəxsi düşüncələrini mütəmadi olaraq süni intellektlə müzakirə edirmiş. O, yazışmalardan birində “Üç ay yarımlıq münasibətdən sonra aşiq olmaq normaldırmı?” sualını verib.

Digər mesajlarda isə qız barədə müxtəlif narahatlıqlarını bölüşüb. Bunlar arasında qadının həyat tərzi, keçmişdə yaşadığı sağlamlıq problemləri, sosial şəbəkə fəaliyyəti və hətta üç pişik saxlaması da yer alıb.

Qızı ən çox incidən məqam isə sevgilisinin “onunla fəxr etmədiyini” yazması olub.

Oxuduqlarından sonra böyük məyusluq yaşayan qadın sevgilisi yatarkən əşyalarını toplayaraq evi tərk edib. Daha sonra kişi vəziyyəti izah etməyə və münasibətləri bərpa etməyə çalışsa da, o, qərarını dəyişməyib.

 

ChatGPT Münasibət

Xəbər lenti