Türkiyə televiziya tarixinin ən yaddaqalan seriallarından biri olan "Yaprak dökümü" illər keçsə də, gündəmdə qalmağa davam edir.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, serialın məşhur obrazları “Fikret” və “Ferhunde”ni canlandıran Bennu Yıldırımlar və Deniz Çakır 18 ildən sonra yenidən bir araya gəlib.
Aktrisaların birlikdə çəkdirdiyi foto sosial şəbəkələrdə böyük maraq doğurub.
2006-2010-cu illərdə yayımlanan serialın sadiq izləyiciləri paylaşımı nostalji hissləri ilə qarşılayıblar. Sosial şəbəkələrdə “Əfsanələr geri döndü”, “Yaprak dökümü" yenidən başlasın” və “Uşaqlığımızın serialı” kimi çoxsaylı şərhlər yazılıb.
İzləyicilər xüsusilə illərə meydan oxuyan görünüşləri ilə diqqət çəkən aktrisaların səmimi fotolarını yüksək qiymətləndiriblər.
Yaprak Dökümü Ferhunde maqazin
