“Avroviziya” mahnı müsabiqəsi tarixində bir çox ölkə dəfələrlə qalib gələrək yarışmanın rekordçularına çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən çox qələbə qazanan ölkələr siyahısında İrlandiya və İsveç liderdir. Hər iki ölkə “Avroviziya”da 7 dəfə birinci olub.
İrlandiya 1970, 1980, 1987, 1992, 1993, 1994 və 1996-cı illərdə qalib gəlib. Xüsusilə 1992, 1993 və 1994-cü illərdə ardıcıl üç dəfə çempion olması yarışma tarixində hələ də təkrarlanmayan rekord sayılır.
İsveç isə 1974, 1984, 1991, 1999, 2012, 2015 və 2023-cü illərdə qalib olub. Ölkənin ilk qələbəsini məşhur ABBA “Waterloo” mahnısı ilə qazandırıb. Bu mahnı sonradan dünya musiqisinin ən məşhur hitlərindən birinə çevrilib.
“Avroviziya”da 5 dəfə qalib olan digər ölkələr isə Böyük Britaniya, Fransa, Lüksemburq və Niderlanddır.
İsrail 4 dəfə, Danimarka, Norveç, İtaliya və Ukrayna isə 3 dəfə Eurovision qalibi olublar.
Ukrayna yarışmanın ən stabil iştirakçılarından biri hesab edilir. Ölkəyə ilk qələbəni 2004-cü ildə Ruslana “Wild Dances” mahnısı ilə qazandırıb.
Qeyd edək ki, Azərbaycan 2011-ci ildə “Avroviziya”nın qalibi olub. Eldar Qasımov və Nigar Camal “Running scared” mahnısı ilə Azərbaycanı 1-ci yerə çıxarıb.
“Avroviziya” Eldar və Nİgar Waterloo mədəniyyət