IMG-LOGO

IEA: Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 100 min barel geri qalıb

13 May 2026 12:26 4 baxış
IMG

Azərbaycanda neft hasilatı aprel ayında gündəlik 450 min barel təşkil edib.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, mart ayı ilə müqayisədə 10 min barel və ya 2,2 % az olub.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın aprel ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 101 min barel geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.

Xəbər lenti