Macarıstanın sabiq Baş naziri Viktor Orbanın dövründə Budapeştin tarixi rayonunda keçmiş Karmelit monastırında ("Karmelita kolostor") yerləşən hökumət iqamətgahına köçməyəcəm.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın yeni Baş naziri Peter Madyar "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O həmçinin bəyan edib ki, xidməti nəqliyyat vasitəsi kimi seçkiqabağı kampaniya zamanı istifadə etdiyi avtomobili istifadə edəcək:
"Xidməti avtomobil kimi seçkiqabağı kampaniyam zamanı istifadə etdiyim "Škoda"dan istifadə edəcəyəm. Eyni zamanda rəsmi hökumət iqamətgahına köçməyəcəyəm".