IMG-LOGO

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

13 May 2026 09:20 2 baxış
IMG

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın may ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 540 min barel olub.

Bu ilin ikinci rübündə sutkada neft hasilatı 540 min barel olacaq ki, ötən ay verilən proqnoz da eyni olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 530 min barel olacağı gözlənilir ki, apreldə həmin rüblər üçün verilən proqnoz da 530 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.

Xəbər lenti