IMG-LOGO

EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

13 May 2026 09:24 2 baxış
IMG

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın may ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

2027-ci il üçün neft hasilatı proqnozu qurumun aprel proqnozu ilə müqayisədə eyni qalıb.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da aprel ayında verilən proqnozla müqayisədə eynidir.

2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.

Agentlik, həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.

Xəbər lenti