Koreya Xalq Demokratik Respublikası (KXDR) rəhbəri Kim Çen İn ölkənin hərbi sənaye kompleksi obyektlərinə təftiş həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Səfər zamanı dövlət başçısını Koreya Əmək Partiyası (KƏP) Mərkəzi Komitəsinin (MK) katibi Ço Çxun Ryon və digər rəsmilər müşayiət ediblər.
Kim Çen İn 2026-cı ilin birinci yarımilliyi üzrə müdafiə istehsalı planlarının icra gedişatını öyrənib. O, "müxtəlif döyüş sursatlarının buraxılışının artırılmasında rekord templər təmin edən və Koreya Xalq Ordusunun döyüş potensialının gücləndirilməsinə mühüm töhfə verən" hərbi sənaye müəssisələri əməkdaşlarının əmək əhval-ruhiyyəsini yüksək qiymətləndirib.
Bundan əlavə, KXDR rəhbəri müdafiə sənayesinin təşkilati strukturunda, bilavasitə istehsalat sahələrində və infrastruktur təminatında mövcud olan problemlərə diqqət çəkib. O, məhsul buraxılışı strukturunun səmərəli şəkildə yenidən qurulmasını və texnoloji xəttlərin yerləşməsinin optimallaşdırılmasını nəzərdə tutan istehsal güclərinin modernləşdirilməsini əsas vəzifə kimi müəyyənləşdirib. Onun göstərişinə əsasən, idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına, yüksək ixtisaslı mütəxəssislərlə işə və istehsal olunan məhsulların keyfiyyətinə nəzarətin elmi cəhətdən əsaslandırılmış meyarlarının tətbiqinə xüsusi vurğu edilməlidir.