IMG-LOGO

Mərakeşdə itkin düşmüş ikinci Amerika əsgərinin cəsədi tapılıb

13 May 2026 04:49 2 baxış
IMG

Mərakeşin cənubunda axtarış-xilasetmə əməliyyatı ilə "Afrika şiri" birgə hərbi təlimləri zamanı itkin düşmüş ikinci Amerika hərbçisinin cəsədi tapılıb.

"Report" yerli "Le12" portalına istinadən xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələrinin rəsmi bəyanatında deyilir.

"Mərakeş ordusunun axtarış-xilasetmə bölmələri bir neçə gün əvvəl itkin düşmüş hesab edilən ikinci Amerika hərbçisinin cəsədi tapıldıqdan sonra krallığın cənub-qərbində yerləşən Kap-Draa bölgəsindəki irimiqyaslı axtarış əməliyyatlarını başa çatdırıb", - məlumatda bildirilib.

Məlumata görə, axtarışlara "amerikalı tərəfdaşlarla koordinasiya şəraitində" ixtisaslaşdırılmış quru və hərbi dəniz birləşmələri cəlb edilib. Həlak olan Amerika hərbçisinin şəxsi məlumatları və hərbi rütbəsi açıqlanmır.

Daha əvvəl Mərakeş ordusu birinci Amerika hərbçisinin cəsədinin tapılması barədə məlumat vermişdi. Pentaqon onun baş leytenant kiçik Kendrik Lamont Key olduğunu açıqlayıb.

Xəbər lenti