IMG-LOGO

Azərbaycanın yeniyetmə güləşçiləri Avropa çempionatına üç medalla başlayıblar

12 May 2026 23:08 2 baxış
IMG

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Report" xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçi gümüş medalı boynundan asıb.

Qurban Məcnunov (55 kq) da həlledici görüşdə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Edem Payziyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (1:2) uduzan Qurban Avropa ikincisi olub.

Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, millimiz ikinci yarış günündə 2 gümüş və 1 bürünc medal qazanıb.

Xəbər lenti