Cəlilabadda "Sağlam məhəllə" layihəsi icra olunur.
"Report"un Muğan bürosunun məlumatına görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində Zərifə Əliyeva küçəsində, 28 nömrəli yaşayış binasının qarşısında müasir idman zonası yaradılır.
Ərazidə minifutbol və basketbol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları quraşdırılacaq.
Layihənin əsas məqsədi əhalinin, xüsusilə gənclərin açıq havada idmanla məşğul olmasını stimullaşdırmaq, sağlam həyat tərzini təbliğ etmək və idman infrastrukturunu gücləndirməkdir.