ABŞ Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirlilərinin (BƏƏ) təşkilatdan çıxmasından sonra OPEC-in 2027-ci ildəki sərbəst gücünü gündəlik 2,5 milyon barel olaraq qiymətləndirir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsinin (EMİ) hesabatında deyilir.
"BƏƏ-nin neft hasilatı üzrə sərbəst gücləri olduğundan indi gözləyirik ki, 2027-ci ildə OPEC-in sərbəst gücləri əvvəlki 3,8 mln b/g (barel/gün) proqnozumuzla müqayisədə gündəlik orta hesabla 2,5 milyon barel təşkil edəcək", - hesabatda qeyd olunub.
Bununla yanaşı, idarə OPEC-in 2026-cı il üçün sərbəst güclərini gündəlik 0,5 milyon barel olaraq dəyərləndirir.
Xatırladaq ki, BƏƏ cari ilin 1 mayından etibarən təxminən 60 illik üzvlükdən sonra OPEC və "OPEC+" ölkələri sırasından çıxıb.