Azərbaycanın Kanadadakı səfirliyi vətəndaşlara müraciət edib.
"Report" xəbər verir ki, müraciət Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında yayılıb.
"28 May - Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar olaraq, 27.05.2026-31.05.2026-cı il tarixlərində Azərbaycanın Kanadadakı Səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək", - müraciətdə bildirilib.