"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində interaktiv "Şəhərsalma Kvesti" keçirilir.
"Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"17 maya qədər "Sea Breeze" sakinləri və qonaqları müasir və ekoloji yönümlü şəhər klasterinin ərazisi üzrə xüsusi marşrutla hərəkət edərək ictimai məkanlar, infrastruktur və rekreasiya zonalarını kəşf edə bilərlər", - məlumatda qeyd olunub.
Bildirilib ki, kvest iştirakçıları dayanıqlı şəhər inkişafı prinsipləri, şəhər mobilliyi, ekoloji yanaşma, həyat keyfiyyəti və komfortlu şəhər mühitinin formalaşmasında müasir həllərlə yaxından tanış olurlar.