ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsini dayandıracağına və nüvə silahının yaradılmasına yönəlmiş fəaliyyətlərdən imtina edəcəyinə tam əminliyini ifadə edib.
"Report" xəbər verir ki, o, bunu WABC radiosunun efirində bildirib.
"Onlar bunu 100 % dayandıracaqlar", - Tramp Tehranın nüvə proqramını məhdudlaşdırması ehtimalı barədə suala cavab verərkən deyib.
ABŞ lideri xatırladıb ki, İran rəsmiləri ilə birbaşa əməkdaşlıq edib və ABŞ tələsik hərəkət etmək niyyətində deyil.