IMG-LOGO

Auld: London və Bakı arasında strateji tərəfdaşlığın qurulması ən mühüm hadisədir

12 May 2026 18:59 3 baxış
IMG

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld London və Bakı arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarını öz diplomatik missiyasının ən mühüm hadisələrindən biri adlandırıb.

"Report" xəbər verir ki, bu barədə diplomat bu gün azərbaycanlı jurnalistlərlə vida görüşündə bildirib.

"2025-ci ilin avqustunda Böyük Britaniya və Azərbaycan ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Bu, əlaqələrin gələcəyini müəyyənləşdirib və münasibətlərimizin böyük potensialının göstəricisinə çevrilib. Onlar onsuz da dərin, çoxşaxəli və etimadlıdır, lakin daha da fəal inkişaf edə bilər", - o bildirib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulacaq: müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, həmçinin innovasiya və təhsil.

Xəbər lenti