IMG-LOGO

Ukrayna Prokurorluğu Yermakın həbsini tələb etmək niyyətindədir

12 May 2026 17:32 11 baxış
IMG

Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu məhkəmədən Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın 180 milyon qrivna (4,1 milyon dollar) məbləğində girovun ödənilməsi alternativi ilə həbs olunmasını tələb edəcək.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə prokurorluğun rəhbəri Aleksandr Klimenko bildirib.

"Prokurorluq 180 milyon qrivna məbləğində girovun ödənilməsi alternativi ilə həbs qətimkan tədbirinin seçilməsini xahiş edəcək", – Klimenko Kiyevdə keçirilən brifinqdə deyib.

Milli Antikorrupsiya Bürosunun direktoru Semyon Krivonos isə vurğulayıb ki, ilkin istintaq həyata keçirilməsi vacib olan bir sıra istintaq tədbirlərindən – axtarışlar, dindirilmələr, ekspertizalardan asılıdır. "Bu cinayət icraatında biz ekspertlərə mümkün təzyiq səbəbindən ekspertizanın aparılmasında problemlərlə üzləşdik", – o qeyd edib.

Xəbər lenti