IMG-LOGO

WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı rekord həddə çatıb

12 May 2026 15:57 4 baxış
IMG

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün indiyədək 180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, bu göstərici artıq WUF tarixində rekorddur.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Xəbər lenti