IMG-LOGO

Xocavənd sakini: Doğma ocaqda yaşayıb-yaratmaqla valideynlərimizin ruhunu şad edəcəyik

12 May 2026 14:58 3 baxış
IMG

Sakinlər doğma ocaqlarında yaşayıb-yaratmaqla valideynlərinin ruhunu şad edəcəklər.

Bunu "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında Xocavənd kənd sakini Məhbubə İbrahimova deyib.

O, ömrünün qalan hissəsini ata-baba yurdunda yaşamaq istədiyini vurğulayıb:

"Artıq 51 yaşımdayam, doğma ocağımıza qayıtdığımız üçün inanılmaz dərəcədə xoşbəxtəm. Kaş ata-anam da bu sevincli günlərimizi görəydi... İnanıram ki, öz yurdumuzda yaşayıb-yaratmaqla valideynlərimizin ruhunu şad edəcəyik".

Xəbər lenti