Malavi parlamenti ölkədə güclü təsirə malik marixuananın yerli sortunun sənaye və dərman məqsədləri üçün becərilməsini qanuniləşdirib.
Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilir ki, mərkəzi hökumət marixuananın becərilməsi və daşınması üçün lisenziyalar verəcək, lakin Malavi onun pulsuz istifadəsini qadağan etməyə davam edəcək.
Səsvermə başlayanda bir neçə müxalif deputatı etiraz əlaməti olaraq palatanı tərk edib.