IMG-LOGO

Ukraynada döyüşmək istədi, 10 il müddətinə həbs edildi

28.03.2024 20:48 55 baxış
IMG

Rusiyanın Bryansk məhkəməsi Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün Ukraynaya getməyə cəhd edən şəxsə 10 il müddətinə ciddi rejimli koloniyada cəza kəsib.

Lent.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, saxlanılan şəxs özü ilə patronların saxlandığı səyahət çantasını götürüb və Moskvaya yola düşmək üçün Bryansk vağzalına  gedib. Məqsəd isə sonra Türkiyə ərazisindən Ukraynaya keçmək olub.

Stansiyada o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.  

Xəbər lenti