IMG-LOGO

Məcnun Məmmədov: "Ərzaqlıq buğda istehsalının məhsuldarlığı 5 tona çatdırılacaq" - EKSKLÜZİV

07 May 2026 16:49 3 baxış
IMG

Azərbaycanda ərzaqlıq buğda istehsalı üzrə orta məhsuldarlığın 5 tona çatdırılması hədəflənir.

Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir qeyd edib ki, ölkədə ərzaqlıq buğda proqramına daxil olan fermerlərin əkin sahələri genişləndirilir: "Ötən il proqram daxilində 22 min hektar ərazidən 126 min ton ərzaqlıq buğda yığılıb. Cari ildə bu sahə 29 min hektara qədər artırılıb. Hər il bu göstəricini daha da yüksəltməyi planlaşdırırıq".

M.Məmmədov vurğulayıb ki, əsas hədəf məhsuldarlığın yüksəldilməsi hesabına nəticələrin yaxşılaşdırılmasıdır: "Ötən il ərzaqlıq buğda üzrə hektardan 5,7 ton məhsuldarlıq göstəricisi qeydə alınıb. Halbuki ölkə miqyasında orta məhsuldarlıq təxminən 3 ton ətrafındadır. Əsas hədəfimiz Azərbaycanda buğda istehsalında məhsuldarlığı 3 tondan 5 tona yüksəltməkdir".

Xəbər lenti