Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın işi üzrə növbəti iclasını keçirməyi planlaşdırır.
"Report"un məlumatına görə, bunu Ermənistan KİV-i bildirib.
İclas 1 mart 2026-cı ilə planlaşdırılıb.
Məlumata görə, məhkəmə prokurorluğun 1 mart 2008-ci il etirazları ilə bağlı iş çərçivəsində yeni ittihamla bağlı araşdırmanın davam etdirilməsi ilə əlaqədar müraciətini qəbul edib.
Xatırladaq ki, R.Köçəryan 1998-ci ildən 2008-ci ilə qədər Ermənistanın Prezidenti olub. 2018-ci ilin iyulunda o, 2008-ci il martın 1-də keçirilən çoxminli etiraz aksiyasının dağıdılmasına görə konstitusiya quruluşunu devirməkdə ittiham edilərək saxlanılıb və həbs edilib. 13 avqust tarixində Ermənistanın Apellyasiya Məhkəməsi Köçəryanı keçmiş dövlət başçısı kimi toxunulmazlığa malik olduğu əsası ilə azadlığa buraxıb.
Baş Prokurorluq noyabr ayında bu qərarı apelyasiya edib və 7 dekabr 2018-ci il tarixində Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezidentin yenidən həbs edilməsi barədə qərar verib.